Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gündən qabiliyyət imtahanları başlayır

Bu gündən qabiliyyət imtahanları başlayır

Tarix: 1 Iyul 2019 09:00

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanlarına başlayır.

DİM-dən Trend-ə verilən məlumata görə, qabiliyyət imtahanları 1 - 14 iyul tarixlərində keçiriləcək.

İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  gündən qabiliyyət imtahanları başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ