Tarix: 21 Sentyabr 2020 13:56
Bu gün “Milan” A Seriyasında yeni mövsümün ilk oyununa çıxacaq.
Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, “Bolonya” ilə “San Siro”da keçiriləcək görüşə azarkeşlər də buraxılacaq. Bu, pandemiya dövründə A Seriyasında ilk belə haldır.
Min nəfər azarkeşin oyunu tribunadan izləməsinə icazəverilib. “Milan” həkimlər və digər səhiyyə işçilərini mata dəvət edib. Lombardiyanın müxtəlif tibbi müəssələrinin işçilərinə bilet paylandığı bildirilir. Bu, klubun koronavirusla mübarizədə göstərdikləri xidmətlərinə görə həkimlərə minnətdarlığıdır.
Futbolçuların ailə üzvlərinə və klubun tibbi işçilərinə də bilet paylanılıb.
Qeyd edək ki, “Milan” – “Bolonya” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.