Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hayduk"la oyun "Neftçi" ilə görüşdən çətin olacaq" - Fatih Terim

Tarix: 21 Sentyabr 2020 17:30

“Statistikalar heç bitmir, orada qalib gəlirsən, burada qalib gəlirsən, bunlar bitməz... Əvvəlcə “Hayduk”la çox ağır bir oyunumuz olacaq. “Neftçi” ilə matçdan daha çətin olacağı dəqiqdir”.

Qol.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının 3-cü təsnifat mərhləsində Xosvatiya klubu ilə keçiriləcək oyundan danışan təcrübəli mütəxəssis hələlik “Fənərbaxça” ilə Superliqa oyunu haqda düşünmədiklərini bildirib: “Güclü bir komandaya qarşı oynayacağıq. Diqqətli olmalıyıq. Əvvəlcə bu rəqibi keçək, sonra “Fənərbaxça” haqda danışarıq. İnşallah, qələbə seriyamızı "Fənərbaxça" ilə görüşdə də davam etdirərik".

Xatırladaq ki, "Qalatasaray" Avroliqanın 2-ci təsnifat mərhələsində Bakıda “Neftçi”yə 3:1 hesabı ilə qaluib gələrək mərhələni adlayıb.

 

 


Etiketlər:  Haydukla oyun Neftçi ilə görüşdən çətin olacaq Fatih Terim


RƏYLƏR