Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı - FOTO

Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı - FOTO

Tarix: 21 Sentyabr 2020 18:06

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 011, bu günə qədər isə ümumilikdə 1 057 803 test icra olunub.

Milli.Az


Etiketlər:  Azərbaycanda nəfər koronavirusa yoluxdu nəfər sağaldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ