Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 20:44
Nazirlər Kabineti 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nda dəyişiklik edib.
Nazirlər Kabinetindən Sonxeber.net-a bildirilib ki, Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanunu ilə "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara edilən dəyişikliklərə əsasən, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv olunmuş, əvəzində isə məbləği respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilən xidmət haqqının ödənilməsi müəyyən edilib.
Bununla əlaqədar olaraq "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nda dəyişiklik edilərək aşağıdakı bənd əlavə edilib.
"Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir".