Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Torqovı"da tavanı çökən bina təmir edilir - RƏSMİ

Tarix: 22 Sentyabr 2020 16:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda tavanı çökən binada təmir işlərinə başlanılıb.

Bu barədə Trend-ə Nəsimi rayon Mənzil-Kommunal İstismar Sahəsindən (MKİS) bildiriblər. Qeyd olunub ki, təmir işlərinə ötən gündən başlanılıb:

"Nizami küçəsi (Torqovı) 105 ünvanında yaşayış binasının tavanının çökməsi nəticəsində bir mənzilə ziyan dəyib. Hadisə baş verəndən sonra icra hakimiyyətinin əməkdaşları əraziyə baxış keçiriblər. Artıq ötən gündən etibarən təmir işlərinə başlanılıb və iki gün ərzində yekunlaşacağı gözlənilir".

MKİS-dən əlavə ediblər ki, tavanı çökən mənzildə bir neçə aydır ki, yaşayış yoxdur.


Etiketlər:  Torqovıda tavanı çökən bina təmir edilir RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ