Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Musa Quliyev hazırda ölkəmizdəki koronavirusla bağlı vəziyyət haqda danışdı

Musa Quliyev hazırda ölkəmizdəki koronavirusla bağlı vəziyyət haqda danışdı

Tarix: 22 Sentyabr 2020 17:50

Koronavirus pandemiyası başlayan ilk gündən Azərbaycan dünya birliyi, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə çox sıx şəkildə fəaliyyət göstərdi. Həm qabaqcıl dünya təcrübəsini öyrənərək tətbiq etdi, həm də öz təcrübəsini dünya ilə bölüşdü.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycan eyni zamanda koronavirusla mübarizədə, həm ÜST-yə, həm də 30-a yaxın ölkəyə humanitar yardımlar etdi:

"Azərbaycan koronavirusla mübarizədə dünyanın öncül dövlətlərindən biridir. Azərbaycanda koronavirusla mübarizə istiqamətində bütün daxili resurslar səfərbər olundu, tibbi avadanlıqlar və vasitələr təmin olundu, yeni klinika, qısa müddətdə modul tipli xəstəxanalar tikilib istifadəyə verildi, o cümlədən koronavirusla bağlı bütün xərcləri dövlətin öz üzərinə götürdü. Bütün bunlar virusla uğurlu mübarizəni təmin etməyə imkan verdi və ölkədə epidemioloji vəziyyət nəzarət altına alındı. Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır.

Amma bu gedişat heç kəsi arxayınlaşdırmamalıdır. qaydalara və tələblərə doğru-düzgün əməl etməliyik. Tələblər isə çox sadədir, əziyyət və xərc tələb etmir: karantin rejiminə əməl etmək, sosial məsafəni gözləmək və dezinfeksiyaedici vasitələrdən istifadə etmək. Yoluxmamaq, yoluxdurmamaq!. Belə olan halda biz bu virusa daha tez qalıb gələ bilərik".


Etiketlər:  Musa Quliyev hazırda ölkəmizdəki koronavirusla bağlı vəziyyət haqda danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ