Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 17:56
"Barselona"nın futbolçusu Arturo Vidalın "İnter"ə keçidi rəsmiləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
İtaliya mətbuatı "İnter"in çilili oyunçu ilə 2+1 illik müqavilə imzaladığı və ilinə 6 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, Vidal 2018-ci ildən "Barselona"da oynayırdı.