Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək

Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək

Tarix: 22 Sentyabr 2020 18:27

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 23-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibbi aksiya keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, aksiyada Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları üçün tibbi xidmət göstəriləcək. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçiriləcək.

Tədbirin təşkilində məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

Qeyd edək ki, səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə, hətta əməliyyat olunmasıdır.


Etiketlər:  Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ