Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zirzəmidən köməksiz vəziyyətdə körpə TAPILDI - Yenilənib

Zirzəmidən köməksiz vəziyyətdə körpə TAPILDI - Yenilənib

Tarix: 12 Oktyabr 2025 14:58

TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) 12.10.2025-ci il tarixində saat 09:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır. 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir".

11:15

Mingəçevirdə atılmış körpə tapılıb.

Sonxeber.net xəbər verir ki, körpə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində aşkar edilib.

Tapılan körpə oğlan uşağı xəstəxanaya çatdırılıb. Hələlik onun kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Zirzəmidən köməksiz vəziyyətdə körpə TAPILDI Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ