Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Verilişdə GƏRGİNLİK: müğənni canlı efiri basdı – VİDEO

Verilişdə GƏRGİNLİK: müğənni canlı efiri basdı – VİDEO

Tarix: 12 Oktyabr 2025 14:35

Müğənni Ofeliya Şabanova bu dəfə gözlənilməz addımı ilə diqqət mərkəzinə düşüb.

Sonxeber.net xəbər verir ki, bir neçə gün əvvəl İbrahim Azərinin aparıcısı olduğu "İbo Sou" verilişini əsəbiləşərək tərk edən sənətçi bu dəfə dəvət olunmadan canlı efirə gəlib.

Hadisə zamanı studiyada gərgin anlar yaşanıb. Ofeliyanın qəfil gəlişi həm aparıcını, həm də orada olan qonaqları təəccübləndirib.

Sosial mediada yayılan görüntülərdə müğənninin efirə daxil olduğu anlarda mübahisə səsləri eşidilir.

İzləyicilər bu hadisəni müxtəlif cür qarşılayıblar. Bəziləri sənətçinin davranışını "şou məqsədli addım" adlandırıb, digərləri isə onun bu hərəkətini "hörmətsizlik" kimi qiymətləndirib.

Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə minlərlə baxış toplayıb və müzakirə mövzusuna çevrilib.

Musa


Etiketlər:  Verilişdə GƏRGİNLİK müğənni canlı efiri basdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ