Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tolik aparıcı Zaurun cavabını verdi: ''Zaurlar arasında ən axırıncısan''

Tolik aparıcı Zaurun cavabını verdi: ''Zaurlar arasında ən axırıncısan''

Tarix: 12 Oktyabr 2025 13:10

Prodüser və aparıcı Tarix Əliyev verilişində həmkarı Zaur Nəbioğlunun cavabını verib.

Sonxeber.net xəbər verir ki, o, sərt sözlərlə dostum dediyi teleaparıcını yerdən-yerə vurub:

"Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən, Zaurlar arasında ən sonuncususan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən! Mən bu sahədə olanda sən Zaur Baxşəliyevin kadr arxasında köməkçisi idin. Bu günə qədər sənə böyük jestlərim olub. heç onları demirsən. Sənin öz dostun, öz işçin gəlib mənə burda verilişinin mətbəxini açıb danışıbsa, bu mənim yox, sizin probleminizdir. Demək ki, sizin dostluğunuz laxlayıb. Əgər dediklərini mənə görüntülər ilə sübut etsən, səndən üzr istəyəcəyəm. Mən nə səndən, nə də sənin kimi heç bir aparıcıdan çəkinmirəm. Belə şeylər eləmə, hamı elə bilir ki, bunu yalandan edirik. Amma artıq belə olmaz. Sözümü də açıq-aşkar deyirəm. Mən həmişə odun üstünə su tökmüşəm. Sənin verilişinə gələn müənnilər danışılan səhvləri gəlib burda düzəldirlər".

Xatırladaq ki, Zaur Nəbioğlu Tarix Əliyevi onun verilişini təkrarlamaqda, və mövzularını oğurlamaqda ittiham etmişdi.
 

Musa


Etiketlər:  Tolik aparıcı Zaurun cavabını verdi Zaurlar arasında axırıncısan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ