Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ən böyük arzum əsl anamın...''

''Ən böyük arzum əsl anamın...''

Tarix: 28 Noyabr 2025 23:55

Müğənni Şəbnəm Tovuzlu ən böyük arzusunu açıqlayıb.

Sonxeber.net xəbər verir ki, "Günə uğurla" verilişinə gələn sənətçi uşaq vaxtı itirdiyi anasını xatırlayıb:

"Yaş yarımlıq uşaq idim. Anamın xalasını görüb, ona ana demişəm. Tərxanım xanım sonsuz olub, atam Ələddinlə məni böyüdüblər. 15 yaşım olanda bilmişəm ki, doğma atam və anam deyillər. Allah atama ömür versin, gözəl insandır. Ən böyük arzum əsl anamın yuxuma gəlməyidir. Onun üzünü heç görməmişəm. Ömrümün sonunda belə olsa onu bir dəfə görmək istəyirəm. Nənələrim, xalalarım yuxuma gəlir, amma anam yox. Onu heç olmasa yuxuda görüm. Bəlkə simasını xatırlamıram, ona görə gəlmir".  (Axşam.az)


Etiketlər:  böyük arzum əsl anamın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ