Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 qol vurdu, oyundan sonra həbs edildi

7 qol vurdu, oyundan sonra həbs edildi

Tarix: 12 Oktyabr 2025 15:38

Finlandiyanın "Finnkurd" klubunun braziliyalı hücumçusu və eyni zamanda Conatan Herreyro oyunların nəticəsini saxtalaşdırmaqda ittiham olunaraq həbs edilib.

Sonxeber.net xəbər verir ki, Herreyro və daha iki braziliyalı futbolçu Finlandiya çempionatının beşinci divizionunda keçirilən "Finnkurd" - "Espa/Renat" (8:1) oyunundan sonra saxlanılıblar. Həmin görüşdə Herreyro yeddi qol vurub. Polis oyun bitən kimi meydana daxil olaraq futbolçuları həbs edib.

Məlumata görə, iki futbolçu mobil telefonlarının yoxlanılmasından sonra azadlığa buraxılıb, lakin Herreyro həbsdə qalıb.

34 yaşlı Herreyro bir neçə həftə əvvəl klubun baş məşqçisi vəzifəsinə təyin olunub. /Lent.az


Etiketlər:  vurdu oyundan sonra həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ