Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cabir son vaxtlar buna görə efirə çıxmırmış

Cabir son vaxtlar buna görə efirə çıxmırmış

Tarix: 12 Oktyabr 2025 12:25

Əməkdar artist Dilarə Əliyeva "Astar"ın Yutub layihəsində mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, onun sözlərinə görə, Cabir İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib.

"Onu hər zaman verilişlərimə dəvət edirdim. Son vaxtlar da Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm:

"Bu dönəmdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən, zarafatlar edirsən, deyib gülürsən, anlayan, anlamayan olur, götürüb paylaşırlar, sonra bunun altından yazanlar olur. Özümü onlara yem etmək istəmirəm".

Adam o qədər haqlıdır ki... Necə münasibət bildirir, şərh yazırlar, buna görə ona haqq qazandırırdım. Qızları Londonda təhsil alır, oğulları isə balacadır. Cabir çox yaxşı ata idi", - o bildirib.  /Globalinfo.az


Etiketlər:  Cabir vaxtlar buna görə efirə çıxmırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ