Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 19:18
"Azərbaycan dilinin milli orfoepiya lüğəti"nin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İşçi qrup yaradılıb və bu istiqamətdə müvafiq iş aparılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli Şuranın iclasında deyib.
Akademik bildirib ki, cari ildə 8 dildə Azərbaycan dilinin Milli Transliterasiya Sisteminin yaradılması və təqdimat mərasiminin keçirilməsi, eləcə də "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çap prosesində olması əlamətdar hadisədir.