Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özünüzü necə hiss edirsiniz? - Maqnit qasırğasının səviyyəsi açıqlandı

Özünüzü necə hiss edirsiniz? - Maqnit qasırğasının səviyyəsi açıqlandı

Tarix: 1 Iyul 2019 16:08

Bakı. Samir Əli - Trend:

Son günlər Günəş fəallığı çox aşağı səviyyədə olub. Bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Günəş diski ləkəsiz olub. Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.

Qeyd edilir ki, proqnoz dövründə (01-03 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Həmçinin, Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.

Proqnoz dövründə (01-03 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Özünüzü necə hiss edirsiniz Maqnit qasırğasının səviyyəsi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ