Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı

Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı

Tarix: 23 Sentyabr 2020 10:51

Bakı. Samir Əli - Trend:

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd "Marlboro Edge" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı


RƏYLƏR