Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 14:58
Planım yenidən ölkə xaricinə getmək və ən yüksək səviyyədə oynamaqdır. Türkiyə, İran və ya Azərbaycanda çıxış etmək fikrindəyəm. Hədəfim bu ölkələrdir. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq futbolçusu Andre Klennon deyib.
Yamaykalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında koronavirus pandemiyası səbəbindən hələlik xarici kluba transferinin alınmadığını bildirib: "Hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim xəyalımdır. Hansı kluba keçsəm, hazır olmaq və formada qalmaq üçün çalışıram".
Qeyd edək ki, 2018/2019 mövsümündə "Keşlə"də çıxış edən Andre Klennon 26 oyuna 4 qol vurub.