Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 15:56
Bakı. Trend:
Parisdə Eyfel qülləsinin əməkdaşları və ziyarətçiləri təxliyə edilib.
Trend-in məlumatına görə, buna partlayış təhdidi ilə bağlı anonim zəng səbəb olub.
Polis bildirib ki, qüllənin ətrafı əhatəyə alınıb. Mümkün partlayıcı qurğunun axtarışları aparılır.
Eyni zamanda, anonim zəngin mənbəyi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Eyfel qülləsi 3 ay bağlı qalmışdı.