Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub (FOTO)

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub (FOTO)

Tarix: 1 Iyul 2019 18:32

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Yekun Attestasiya Komissiyasının növbəti iclası və bakalavriat pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, müdafiə prosesində iştirak edən rektor Elçin Babayev tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib, mövzuları ilə bağlı tövsiyələr verib.

Qeyd edək ki, Filologiya fakültəsinin Səməd Vurğun adına auditoriyasında təşkil olunmuş müdafiədə Yekun Dövlət Attestasiya Komissiyasının üzvləri, fakültənin professor-müəllim heyətinin bir qismi və tələbələr iştirak ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub FOTO


RƏYLƏR