Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 10:40
Bakı. Trend:
Qazaxıstanda ölüm hökmü ləğv edilib.
Trend-in məlumatına görə, bununla əlaqədar olaraq BMT-nin mənzil-qərargahında bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq pakta İkinci fakultativ protokolunu imzalayıb.
Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq protokola qoşulduqlarını elan edib.
Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün icrası 2003-cü ildə müvafiq moratoriumun tətbiqi ilə dayandırılmışdı.