Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 13:45
Xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Xalq artisti Nisə Qasımova əməliyyat olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Instagram" hesabında paylaşım edən N.Qasımova özünü yaxşı hiss etdiyini, yeni mahnılar üzərində işlədiyini bildirib.
O qeyd edib ki, artıq sosial şəbəkədə də aktiv olacaq.
Xatırladaq ki, Xalq artistinin xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatlar yayılmışdı.