Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Limanı ərazisində 16200 şəxs COVİD-19-a qarşı test olunub

Bakı Limanı ərazisində 16200 şəxs COVİD-19-a qarşı test olunub

Tarix: 24 Sentyabr 2020 14:58

Bu ilin 18 mart tarixindən etibarən 7 ay ərzində Bakı Limanı ərazisində 16200 şəxs test olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, buraya xarici TIR sürücüləri, əməkdaşlar və digər liman istifadəçiləri də daxildir:

"Bakı Limanına gələn TIR sürücüləri həm "Qırmızı Körpü" sərhəd buraxılış məntəqəsində, həm də Ələt qəsəbəsində yerləşən Bakı Limanında test olunublar. Test cavabları çıxana qədər sürücülərin müvəqqəti saxlanma zonasında gözləməsi və daha sonra yalnız nəticələr mənfi çıxdığı halda steril zonalara yola salınıblar. Bakı Limanının COVID-19 pandemiyası ilə mübarizə təcrübəsi Türkmənistan və Qazaxıstan limanlarının da marağına səbəb olub və bu istiqamətdə həmkarlarla təcrübə mübadiləsi aparılıb".

Milli.Az


Etiketlər:  Bakı Limanı ərazisində 16200 şəxs COVİD qarşı test olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ