Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda fitnes zalları belə işləyə bilər - Nazirlik açıqladı

Bakıda fitnes zalları belə işləyə bilər - Nazirlik açıqladı

Tarix: 24 Sentyabr 2020 15:04

Gənclər və İdman Nazirliyi fitnes zallarının müəyyən məhdudiyyətlərlə fəaliyyətə başlaması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təklif göndərib. 

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov bildirib. Nazirlik rəsmisi fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin mümkünlüyünü təklif etdiklərini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Gənclər və İdman naziri Azad Rəhimov Operativ Qərargahla birlikdə fitnes və idman zallarının açılması ilə bağlı böyük proqram hazırladıqlarını söyləyib.


Etiketlər:  Bakıda fitnes zalları belə işləyə bilər Nazirlik açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ