Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maşın dərəyə aşdı, ölən və yaralananlar var - VİDEO

Maşın dərəyə aşdı, ölən və yaralananlar var - VİDEO

Tarix: 24 Sentyabr 2020 17:50

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net ARB TV-yə istinadən xəbər verir ki, Bakı sakini 30 yaşlı Azər Qədirli "Mitsubishi" markalı avtomobili ilə İsmayıllının Bizlan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücü və 5 yaşlı oğlu Uğur Qədirli ağır xəsarətlər alıb, sərnişin qismində olan anası 63 yaşlı Əliyyə Qədirli isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Yaralılarsa İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.   


Etiketlər:  Maşın dərəyə aşdı ölən yaralananlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ