Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 18:00
Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Bunun səbəblərini izah edən DİM sədri qeyd edib ki, bu il buraxılış imtahanlarında açıq sualların sayı 50 faiz azaldılıb: " Bəlkə də ona görə nəticələr daha yüksək olub. Bəlkə də şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı, vaxt baxımından imkanları daha çox olub. Bu ilİmtahanın təşkili də daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu".