Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 09:33
Avropa Komissiyası "rəqəmsal suverenlik" üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir. Bu barədə Avropa Parlamentinin sessiyasında Avropa İttifaqında işlərin vəziyyətinə dair illik çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə yatıracağımızı elan etməkdən məmnunam" – o deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı yüksək texnologiyalar sahəsində ön sıralarda olmalıdır, amma bunun üçün investisiyalar lazımdır. "Avropada texnologiyalara sərmayə yatırmaq üçün bundan daha yaxşı vaxt olmayıb" – o deyib.
Emil Hüseynov