Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 11:12
Düşmənimizin kimliyini hələ də içimizdə bilməyənlər, anlamayanlar var. "Erməni" deyib keçməklə bu iş bitməz. 20%-dən artıq torpaqlarımızı işğal edən, minlərlə insanımızı əsir götürən, qətlə yetirən, atəşkəs elan edilməsinə rəğmən kəndlərimizi bu günə kimi də atəşə tutub, uşaq demədən, yaşlı demədən vəhşicəsinə öldürən düşməndir erməni.
Azərbaycan bu gün düşündüyündən hiyləgər, ağlına gətirməyəcəyin qədər dağıdıcı, iftiraçı təfəkkürə malik barbar xislətli bir hakimiyyətlə düşməndir. Paşinyan rejimindən əvvəlki rəhbərlərin idarəçiliyi dövründə də eyni hiylə, eyni siyasətin şahidi idik, indi də.
Son Tovuz döyüşlərindən təxminən iki ay ötür. Bu müddətdə rəsmi İrəvanın Azərbaycana qarşı müharibəyə hazırlıq planları və həmlələrindən ibarət bir neçə məqama diqqət edək:
1. 2020-ci iln iyul ayı - Tovuz döyüşlərindən dərhal sonra Nikol Paşinyan Azərbaycanın qarşısına qoyduğu 7 şərtlə erməni həyasızlığını bir daha nümayiş etdirdi - 1) "Ermənistan və Qarabağdakı qondarma rejim "ümumi təhlükəsizlik sistemini" gücləndirməlidir".
2) "Qarabağdakı qondarma rejim danışıqların tamhüquqlu üzvü olmalıdır".
3) "Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırmasıyla bağlı addımlar atmalıdır".
4) "Danışıqlar mənalı olmalıdır. Azərbaycan hərbi məqsədini danışıqlar masası ətrafında həll etmək istəyir ki, bu da bütün danışıqlar prosesini mənasız edir. Əgər Azərbaycan özünün maksimalist tələblərindən imtina edib, məhdudiyyətsiz kompromisə getməyə hazır olsa, danışıqların mənası olacaq".
5) "Qarabağ xalqı"nın öz müqəddəratını təyinetmə haqqını tanıma, Ermənistan və Qarabağdakı qondarma rejimin təhlükəsizliyi heç bir şəraitdə güzəşt predmeti ola bilməz".
6) "Karantinə qədər atəşkəs rejiminin saxlanılması üçün keçirilən monitorinq faktiki olaraq məhdudlaşdırılıb. Təcili olaraq daimi nəzarət mexanizmlərini özündə ehtiva edən beynəlxalq monitorinq sistemi ərsəyə gətirilməlidir".
7) "Sülhün əldə olunması üçün Ermənistan Minsk Qrupunun həmsədrləri ilə fəaliyyətini davam etdirəcək".
2. Paşinyanın şərtindən bir neçə gün sona Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan Tovuz döyüşlərindən dərhal sonra PKK terrorçularının liderləri ilə görüşüb və onları terrorçuları Qarabağa göndərməyə razı salıb. Erməni diplomatın Kürdüstan Vətənpərvərlər İttifaqının rəhbərləri ilə görüşü nəticə verib. Tovuz döyüşlərindən sonra baş tutan bu görüşdə Ermənistan səfirinin terrorçuların Qarabağa göndərilməsi təklifi qəbul edilib. Beləliklə, yüzlərlə silahlı terrorçu Süleymaniyyədən avtobuslarla yola çıxaraq İran sərhəddindən keçərək Kirmanşah vasitəsi ilə işğal edilmiş torpaqlara yola salınıb.
3. Paşinyanın sərsəm tələbinin ardınca ermənilər cəbhəni silahlandırmaq məqsədi ilə havadarlarının köməyi ilə 25 avqustdan bu yana hər gün Mozdoq (Rusiya, Aktau (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Novşer-Rəşt (İran) - Mehri-İrəvan maşurut xətti ilə İL-76 TD hərbi təyyarəsi vasitəsi ilə cəbhəyə silah daşıdığı məlum oldu. 25 avqustda belə uçuşlardan biri isə Suriyadan İrəvana baş tutdu. Belə ki, Suriyadan qalxan Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus İl-76 TD yük təyyarəsi Ermənistana hərbi texnika daşıyıb. Ümumilikdə isə, son 25 gün ərzində Ermənistana 500 tondan çox silah daşındığı deyilir.
4. Avqustun 23-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edir. Ermənistan tərəfi Azərbaycanı təxribata sürükləyir, həm sərhəddə, həm təmas xəttində müxtəlif təxribatlar törədir. O təxribatlar, əslində, daha çox digər ölkələri Ermənistan tərəfindən münaqişəyə cəlb etmək, eyni zamanda daxili auditoriyaya hesablanıb.
5. Tovuz döyüşlərindən sonra Azərbaycan ordusu ilə müqayisədə canl qüvvəsinin də xeyli az və zəif olduğunu anlayan Ermənistan dərhal Suriya, Livan, Fələstin və s. Yaxın Şərq ölkələrindən terrorçuları Qarabağa cəlb etmək üçün xarici diplomatiyasını işə qoşdu. Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan Tovuz döyüşlərindən dərhal sonra PKK terrorçularının liderləri ilə görüşüb və onları terrorçuları Qarabağa göndərməyə razı salıb. Beləliklə, yüzlərlə silahlı terrorçu Süleymaniyyədən avtobuslarla yola çıxaraq İran sərhəddindən keçərək Kirmanşah vasitəsi ilə işğal edilmiş torpaqlara yola salınıb.
Tərsi baş verdi
Belə ki, rəsmi İrəvan onların bu planından Azərbaycanın duyuq düşdüyünü anlayınca dərhal iftiraçı təfəkkürünü işə saldı və erməni, ermənipərəst saytlarda, informasiya agentliklərində guya davamlı şəkildə Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiya yaymağa başladılar. Məlumatda Suriyadan Azərbaycana göndərilənlərin "Həmzə" diviziyasının döyüşçüləri olduğu qeyd edildi. Düşmənin çoxşaxəli "fəaliyyəti" bu dəfə də fiaskoya uğradı. Onların dezinformasiyasını deşifrə edən isə elə Suriya Milli Ordusunun tərkibindəki "Həmzə" Diviziyasının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Seyf Əbu Bəkir oldu. O, şəxsən bəyan etdi ki, iddialar ağ yalandır, "Həmzə"dən kimsə Azərbaycana getməyib, göndərilməyib və belə xəbərlər "sarsaq uydurma"lardır.
6. Ermənilərin bu iftiraçı iddialarından heç iki gün keçməmiş isə ortaya Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın sərsəm bəyanatı çıxdı. O, Ermənistanın Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı. Bu açıqlama ilə başımızın altına balış qoymaq istəyən Paşinyan rejimi, Azərbaycanı inandırmağa çalışır ki, guya sülh məramlarına sadiqdirlər, guya çalışırlar çıxış yollarını tapsınlar.
7. Türkiyə ordusunun Azərbaycanla birgə irimiqyaslı hərbi təlimləri Paşinyan rejmini əməlli-başlı qorxuya saldı. Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə qalxdığı bir zamanda mənfur düşmən iki qardaş ölkə arasına saxta yolla nifaq salmaq cəhdlərini davam etdirir. Ermənilər sosial şəbəkələrdə saxta profillər açaraq yalan məlumatlar paylaşır və Azərbaycana qarşı kəşfiyyat-təxribat fəaliyyətlərinə bir dəqiqə də olsun fasilə vermirlər. Onların saxta profillərlə sosial şəbəkələrdəki paylaşımlarına əsasən, guya Türkiyə Suriyadakı vəhhabi terroristləri Azərbaycana yığır. Ermənilər bu kimi saxta məlumatlarla hər iki ölkə ictimaiyyətinin fikrini yayındırmaq cəhdləri edir və Azərbaycan-Türkiyə münasibətlərinə "çamur atmağa" çalışır. Lakin əslində, Ermənistanın xüsusi xidmət orqanları Yaxın Şərqdə və digər istiqamətlərdə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır.
Belə bir məsəl var: "Köpəklə dostluq et, amma çomağını yerə qoyma". Köpək dediyimiz dünyanın ən sədaqətli canlısı olduğunu nəzərə alsaq, ermənilərin ən hiyləgər, ən yırtıcı canlılarla müqayisəsi daha doğru olardı.
Əslində, biz özümüzün acı təcrübəmizə istinad etsək, görərik ki, belə fənlər, belə yalançı gedişlər çox olub. Keçmişə bir qədər nəzər salsaq, dəfələrlə Ermənistan rəhbərləri - istər onların prezidentlərinin, istər baş nazirlərinin, istərsə də XİN rəhbərlərinin belə bəyanatlar verdiklərini görərik. Tovuz döyüşlərindən bu yana 2 ay keçməsinə baxmayaraq hər məqamda dünyanın harası olursa olsun azərbaycanlıları məhv etməyə məqam axtaran Ermənistanın hansı hiylələrə əl atdıqları bir daha göz önündədir və bu da düşmənimizin nə qədər hiyləgər, təhlükəli olduğunu bir daha ortalığa qoyur.
Təhməz Əsədov