Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 11:46
Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv qaydada təyinatına başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, e-təyinat prosesinin davamı olaraq, bu ilin yanvar-avqust aylarında 10 min 113 nəfərə (qeyd edilən dövrdə yaşa görə pensiya təyin olunanların 88 faizinə) yaşa görə pensiya elektron qaydada təyin olunub.
Beləliklə, yaşa görə pensiya təyinatlarının məmur-vətəndaş təması və vətəndaşların müvafiq sənədləri toplayıb aidiyyəti quruma təqdim etməsinə ehtiyac olmadan, şəffaf və operativ təyin edilməsi təmin olunub.