Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 00:56
Rusiyanın "Zenit" klubu Klaudio Markizio ilə yolları ayırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi italiyalı futbolçunun 2020-ci ildə bitəcək müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, ötən il "Zenit"ə keçən 33 yaşlı yarımmüdafiəçi dizindəki ciddi zədə səbəbindən son mövsüm Rusiya Premyer Liqasında cəmi 9 oyuna çıxıb. "Yuventus"un yetirməsi olan italyan futbolçu 12 il Turin klubunun şərəfini qoruyub.