Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 14:48
İş rejimi və uçotu ilə tanış olmadan işçilərini şənbə və bazar günləri işlədən müəssisələrin əmək fəaliyyətinin qanunsuz olduğunu demək düzgün deyil.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) şöbə müdiri Elşən Tağıyev sosial şəbəkədə "Əmək qanunvericiliyi sistemində iş vaxtının tənzimlənməsi" mövzusuna həsr edilmiş canlı bağlantıda deyib.
Onun sözlərinə görə, bəzi müəssisələr işçilərini şənbə və bazar günləri də işlədirlər:
"Amma bu halda işçilərin işlədilməsi rəsmiləşdirilməlidir. Bu məsələ işçilər arasında, eyni zamanda iş vaxtı rejimi və uçotu tənzimlənməlidir. Iş vaxtı rejimi və ucotu ilə tanış olmadan onların qanunsuz fəaliyyət göstərdiyini demək düzgün deyil. Təbii ki, bu hallar qanuna uyğun olmadıqda DƏMX tərəfindən inzibati tədbirlər həyata keçirilir".