Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyalı ekspert: BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası üçün mexanizm yaradılmalıdır

İtaliyalı ekspert: BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası üçün mexanizm yaradılmalıdır

Tarix: 25 Sentyabr 2020 15:18

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası üçün mexanizm yaradılmalıdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə italiyalı ekspert Domeniko Letisiya deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri müddətsizdir:

"Onlar icra olunanadək qüvvədə qalır və təhrif olunması qəbuledilməzdir. Bu sənədlərin icrası üçün mexanizm yaratmaq lazımdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması bütün təşkilatın nüfuzuna xələl gətirir. Bəzi hallarda müəyyən ölkələrə münasibətdə qısa müddətdə addımlar atılır, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin icrasını təmin edən addımlar isə atılmır".

Ekspert əlavə edib ki, Ermənistanın səyləri status-kvonun qorunmasına yönəlib:

"Ermənistana münasibətdə real addımlar atılmalıdır. Ermənistan rəhbərliyinin azərbaycanofob açıqlamaları və təxribatları göstərir ki, onlar Azərbaycanla yeni müharibəyə hazırlaşır. BMT və beynəlxalq ictimaiyyət Ermənistanı yeni hərbi aqressiyadan çəkindirməlidir. Təəssüf ki, ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti fayda verməyib. Status-kvonun qəbuledilməzliyi barədə bəyanatlar kifayət deyil, real addımlar lazımdır".


Etiketlər:  İtaliyalı ekspert Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası üçün mexanizm yaradılmalıdır


RƏYLƏR