Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 17:03
"Dövlət başçısı BMT-də toplantıda haqlı olaraq yenə də vasitəçiləri tənqid etdi".
Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatdakı çıxışını şərh edərkən deyib.
Politoloq bildirib ki, Azərbaycan artıq nəticəsiz danışıqlarda iştirak etmək istəmir:
"Bu, BMT-yə də bir ismarıc idi ki, 4 qətnamə var, amma illərdir yerinə yetirilmir, danışıqlar heç bir nəticə vermir. Bu proses belə davam edə bilməz. Prezident İlham Əliyevin əsas mesajı beynəlxalq təşkilatda bundan ibarət idi. Azərbaycan nəticəsiz danışıqlarda iştirak etmək istəmir. Nəsə bir nəticə olmalıdır, amma nəticə də göz qabağındadır, yoxdur. Tam əksinə, Ermənistan hakimiyyəti təxribatlara davam edir, sərhəddə problemlər yaradır, təxribatlar törədir, köç siyasəti həyata keçirir, terrorçuları bölgəyə yığır. Bütün bunlar bölgədə müharibə riskini artırır. Ona görə dövlət başçısı BMT-dəki çıxışında bu cür mesaj vermiş olur ki, əgər beynəlxalq təşkilatlar işğalçıya təzyiq etməsə, təsir etməsə, mərhələlər planını ona qəbul etdirməsə, əlbətdə ki, bölgədə müharibə qaçılmaz olacaq".
Təhməz Əsədov