Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO)

Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO)

Tarix: 25 Sentyabr 2020 17:22

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının daha 7 qəsəbəsində - Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanılıb.

Trend-in məlumatına görə, Bakı şəhərinin qəsəbələrinin yenidən qurulması işləri çərçivəsində Balaxanıdan sonra sırada Bibiheybətdir. Balaxanı kimi, Bibiheybət də dünyanın ən qədim neft mərkəzidir. Hazırda Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. İlk növbədə, Bibiheybət buxtası təmizlənib, ərazidə park salınıb, həmçinin incəsənət və idman şəhərcikləri, bulvar yaradılıb. Orada Bibiheybətin qədim neft mərkəzi olmasının simvolu kimi neft buruğunun maketi hazırlanıb. Hazırda qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb, yalnız bir küçə qalıb. Orada da kanalizasiya işləri görülüb, bütün elektrik xətləri yerin altına salınıb.

Sonrakı mərhələdə Bakının daha 7 qəsəbəsində - Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanılıb. Novxanı və Ramanada işlər artıq altı aydır davam edir və yaxın 6-7 ayda orada da yeniliklər görmək mümkün olacaq. Beləliklə, Bakıətrafı qəsəbələr yeni görkəm alacaq, maraqlı turizm məkanlarına çevriləcək.

Qeyd edək ki, Balaxanıda aparılan abadlıq işləri qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Bu da 16 min əhalinin yaşadığı təxminən 10 kvadratkilometr ərazi deməkdir.

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov bildirib ki, qəsəbədə görülən işlər nəticəsində mərkəzi kanalizasiya sistemi və fərdi evlərə çəkilən xətlər (35 min poqonmetr) təzələnib, mərkəzi elektrik xətti yenilənib və fərdi evlər ona qoşulub (31 min poqonmetr), 60 min poqonmetr uzunluğunda yeni rabitə xətləri çəkilib. Bu kommunikasiya xətlərinin əksəriyyəti yerin altına salınıb.

Bildirilib ki, qəsəbənin küçələrinə 70 min kvadratmetr yeni asfalt örtüyü salınıb, binaların fasadları bərpa edilib (50 min kvadratmetr), dam örtükləri yenilənib (42 min kvadratmetr). Tarixi küçələrə 15 min kvadratmetr daş örtüyü döşənib. Qəsəbədə 100 mindən artıq ağac və bitki (o cümlədən nar, zeytun, Eldar şamı və üzüm) əkilib. Həmçinin sakinlərin işlə təmin olunması çərçivəsində 120 min Lavanda və Rozmarin bitkisi və 15 min gül kolunun əkilməsi həyata keçirilib.

Diqqətə çatdırılıb ki, qəsəbədə kanalizasiya, elektrik, asfalt və rabitə işlərinin 95 faizi tamamlanıb, dam örtüklərinin 80 faizi yenilənib, digər dekorativ və tamamlanma işlərinin 70 faizi həyata keçirilib. İşlərin tam yekunlaşdırılması cari ilin sonuna nəzərdə tutulub.

Görülən bu işlər əhalinin məşğulluğunun təmin edilməsinə də öz töhfəsini verib. Belə ki, Balaxanıda həyata keçirilən işlərə 1000 nəfər cəlb olunub ki, onlardan da 700-ü, yəni, 70 faizi yerli sakinlərdir. Eyni zamanda, qəsəbədə fəaliyyət göstərən ictimai iaşə obyektləri, kafelər, çayxanalar, papaqçılıq, rəssamlıq, xalçalılıq emalatxanaları da yerli sakinlərin işlə təminatında böyük rol oynayacaq.

Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO) - Gallery Image


Etiketlər:  Yeni dövrü başlayan Bakı kəndləri Balaxanıdan sonra sıra kəndlərdədir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ