Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ünvanlı dövlət sosial yardımlarını alanlara şad xəbər

Ünvanlı dövlət sosial yardımlarını alanlara şad xəbər

Tarix: 25 Sentyabr 2020 18:10

Yaxın günlərdə sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib:

"Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə isə sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq".

Milli.Az


Etiketlər:  Ünvanlı dövlət sosial yardımlarını alanlara şad xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ