Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çimərliyə gedən qadını Aeroport yolunda avtomobil vurdu (FOTO)

Çimərliyə gedən qadını Aeroport yolunda avtomobil vurdu (FOTO)

Tarix: 2 Iyul 2019 09:39

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Aeroport yolundan üzü şəhər istiqamətində baş verib. Buzovna qəsəbəsinin girişində yolu keçmək istəyən piyada 1966-cı il təvəllüdlü Bəbirova Arzu Yadulla qızını "Mercedes" markalı minik avtomobili vurub. Qəza yerinə çağırılan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.

A.Bəbirova ayağın sınması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə əlavə olaraq Dövlət Yol Polisi əməkdaşları da cəlb olunublar. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edilir ki, vurulan piyada ailəsi ilə çimərliyə gedirmiş.


Etiketlər:  Çimərliyə gedən qadını Aeroport yolunda avtomobil vurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ