Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 20:57
Dəridən,əzələlərdən,sümük-oynaq sistemindən və daxili orqanlardan mərkəzi sinir sisteminə verilən impulslar 3 qrupa bölünür:
* eksteroseptiv
* proprioseptiv
* interoseptiv
Eksteroseptiv reseptorlar vasitəsilə dəridən və selikli qişalardan ağrı, temperatur və taktil hissi impulsları,proprioseptiv reseptorlar vasitəsilə əzələlərdən və sümük-oynaq sistemindən passiv və aktiv hərəkət,təzyiq və vibrasiya hissi haqda məlumat verilir.İnteraseptiv reseptorlar isə daxili orqanların qıcıqlanmalarını qəbul edir.
Hissi qıcıqlar periferik reseptorlardan mərkəzi sinir sisteminə 3 neyron vasitəsilə verilir.
Bu birinci hissi neyron fəqərəarası düyünlərdə yerləşir.
Birinci hissi neyron fəqərəarası düyünlərdə yerləşir.Ağrı və tempratur hissini bildirən ikinci neyron isə uzunsov beyində yerləşir.Görmə qabarında yerləşən üçüncü neyronun aksonları isə baş beyin qabığının hissi zonalarından qalxır.
Hissiyyatın yüksəlməsi (hiperesteziya) çox vaxt iri sinirlərin(üçlü sinir,oturaq sinir) yaralanması nəticəsində əmələ gəlir.Belə hallarda zədələnmiş sinirin proksimal hissəsi qıcıqlandığına görə hissiyyat reflektor yolla yüksəlir.Bu zaman xəstələrdə qüvvətli,yandırıcı ağrı hissi əmələ gəlir.
Hissiyyat yolunun görmə qabarında yerləşən üçüncü neyronların zədələnməsi bədənin əks tərəfində bütün hissiyyat formalarının pozulmasına səbəb olur.Bu zaman hiperesteziya və paresteziya müşahidə edilir.Hissi impulsların görmə qabarı nahiyəsindən beyin qabığına verilməsi pozulduqda insan ağrı və temtraturu hiss edir,lakin qıcıqlandırılan nahiyyəni müəyyənləşdirə bilmir.