Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi'nin dəstəyi ilə elektrik avtomobil təqdim olunacaq

Xiaomi'nin dəstəyi ilə elektrik avtomobil təqdim olunacaq

Tarix: 26 Sentyabr 2020 22:48

26 sentyabrda başlaması planlaşdırılan Pekin Avto Sərgisində Çinli avtomobil istehsalçısı Baojun ekosistemi və səs köməkçisi Xiaomi'dən olan ilk nəqliyyat vasitəsi olacaq E300 kompakt elektrikli avtomobilini təqdim edəcək.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, avtomobil Suning ilə birlikdə hazırlanıb və 39 at gücündə kiçik mühərrikə malikdir. Maşının uzunluğu üç metrdən azdır. Elektrikli avtomobil sinxron elektrik mühərrik və 300 km səyahət üçün kifayət edən 30 kWh gücündə bir lityum-dəmir-fosfat akkumulyatorla təchiz edilmişdir.

Səs köməkçisi XiaoAI ilə təhciz olunub və avtomobilin özünü uzaqdan idarə etmək imkanı var. İnterfeys interaktivdir və avtomobil ekoloji konsepsiyaya yönəlib.

Avtomobilin qiyməti, konfiqurasiyaya görə, 65.800 yuandan (təxminən 9.700 dollar) 85.800 yuana (təxminən 12.600 dollar) qədər dəyişir.


Etiketlər:  Xiaominin dəstəyi ilə elektrik avtomobil təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ