Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2020 13:51
Ermənistan ordusu Azərbaycana qarşı törətdiyi təxribatlar zamanı bölgədə fəaliyyət göstərən "Anadolu" agentliyinin və TRT kanalının əməkdaşlarına atəş açıblar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qapanlı kəndi yaxınlığında çəkiliş aparan jurnalistləri hədəfə alan ermənilər minaatandan bir neçə dəfə atəş açıblar. Mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Yaralananların olmadığı bildirilir.