Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2025 09:30
İtaliyanın baş naziri Corcia Meloni özünə qarşı Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iddia qaldırıldığını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, Meloni bu barədə Rai1 telekanalına verdiyi müsahibədə danışıb.
"Beynəlxalq Cinayət Məhkəməsində mənə, eləcə də müdafiə naziri Guido Crozettoya, xarici işlər naziri Antonio Tajanəyə və, səhv etmirəmsə, 'Leonardo' şirkətinin baş direktoru Roberto Cingolaniyə qarşı soyqırımda iştirak ittihamı ilə iddia qaldırıblar. Məncə, bu, tarixdə görünməmiş hadisədir", - deyə o bildirib.
Qeyd edək ki, İtaliyanın aparıcı müdafiə sənayesi konserni "Leonardo"nun rəhbəri Roberto Cingolani daha əvvəl Qəzza zolağında soyqırımda iştirakla bağlı irəli sürülən iddiaları qəti şəkildə təkzib etmişdi.
Hüseyn