Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 03:44
Bakı. Trend:
Ən azı 11 nəfər Meksikanın mərkəzində naməlum şəxslərin hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti bildirib.
Məlumata əsasən, hadisə səhər saatlarında Xaral-del-Proqreso (Quanxato ştatı) bələdiyyəsində baş verib. Altı nəfərdən ibarət bir qrup şəxs gecə klubuna hücum etdi. Atışma nəticəsində dörd qadın və yeddi kişi həlak olub.
Hakimiyyət orqanları hadisə ilə əlaqədar araşdırmaya başlayıb.