Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ məhkəməsi TikTok-un yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb

ABŞ məhkəməsi TikTok-un yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb

Tarix: 28 Sentyabr 2020 07:20

Bakı. Trend:

ABŞ məhkəməsi ölkə administrasiyasının "TikTok" sosial şəbəkə tətbiqinin Google və Apple tətbiq mağazalarından silinməsinə dair qərarının qüvvəyə minməsini müvəqqəti olaraq dayandırıb.

Trend-in məlumatına görə, Kolumbia dairə məhkəməsinin elektron məlumat bazasında mövcud sənədlərdə qeyd edilib.

Qeyd edək ki, qadağanın 20 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin ABŞ prezidenti Donald Tramp 19 sentyabrda jurnalistlərə "TikTok"- un Amerika seqmentinin Oracle və Walmart tərəfindən alınmasına razılıq verdiyini deyib. Bundan sonra Ticarət Nazirliyi tətbiqinin yüklənməsinə qoyulan qadağanın qüvvəyə minməsini bir həftə - yerli vaxtla 27 sentyabr 23:59-a qədər təxirə saldı.


Etiketlər:  ABŞ məhkəməsi TikTok yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ