Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

Tarix: 28 Sentyabr 2020 17:06

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə T.Yaqublunun vəkili Elçin Sadıqov vəsatət qaldırıb. Vəkil məhkəmə prosesinin protokolu ilə tanış olmaq və əlavə qeydlər etmək istədiyini deyib. Məhkəmə vəsatəti təmin edib və proses qeyri-müəyyən tarixədək təxirə salınıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bir müddət sonra Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqubvlunun səhhətindəki problemləri nəzərə alaraq onun ev dustaqlığına buraxılması barədə qərar qəbul etsə də, apellyasiya şikayətinə baxılması prosesi sentyabrın 28-nə təyin edilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.


Etiketlər:  Tofiq Yaqublunun məhkəməsi təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ