Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəbhədən SON XƏBƏRLƏR - Müdafiə Nazirliyi açıqladı

Cəbhədən SON XƏBƏRLƏR - Müdafiə Nazirliyi açıqladı

Tarix: 29 Sentyabr 2020 12:06

Azərbaycan Silahklı Qüvvələrinin əks hücum əməliyyatı davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, düşmən Azərbaycanın Daşkəsən rayonu ərazisində yaşayış məntəqələrini atəşə tutulub: "Ordumuzun döyüş əzmi yüksəkdir. Silahlı Qüvvələrimizin əks hücum həmləsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda canlı qüvvə və texnikaları məhv edilib. Düşmən Daşkəsən rayonu ərazisində yasşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bununla bağlı adekvat tədbirlər görüləcək".

A.Eyvazov bilıdirib ki, Ordumuzun əks hücum əməliyyatı davam edir: "Azərbaycan Ordusunun apardığı əks hücum nəticəsində düşmənin atəş nöqtələri və digər hərbi obyektləri dağıdılıb. Erməni bölmələrinin bütün təxribatlarının qarşısı alınır. Ağdərə istiqamətində düşmən bölmələrinə ağır zərbələr endirilib. Düşmən geri çəkilib. Düşmənin Ağdərə istiqamətində yerdəyişmə etməsi zamanı 1 tank, bir hərbi avtomobil, Füzuli rayonunda dəqiq atəşlə 4 tankı məhv edilib. Ermənilərin 3-cü "Martuni" motoartıcı alayı darmadağın edilib, ermənilər meyitləri daşımaq üçün nəqliyyat vasitəsi üçün əhaliyə müraciət edib".


Etiketlər:  Cəbhədən XƏBƏRLƏR Müdafiə Nazirliyi açıqladı


RƏYLƏR