Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran hökumətinin sözçüsü: ''Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir''

İran hökumətinin sözçüsü: ''Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir''

Tarix: 29 Sentyabr 2020 15:00

Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqində deyib.

Ə.Rəbii əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır.

O, deyib ki, İran hökuməti indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğulayıb.

Milli.Az


Etiketlər:  İran hökumətinin sözçüsü Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir


RƏYLƏR