Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 21:40
Google sənədlərə yeni isinad göstərmə funksiyası gətirib. Bu funksiya dərslərin başlanması ilə yenidən gündəmə gəlib. Çünki distant tədrislə əlaqədar əksər müəllimlər yazı əsaslı tapşırıq tələb edirlər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni sistem MLA, APA, yaxud Chiago kimi üsullar vasitəsilə mətnə biblioqrafiya və ya mətniçi yazılar artırılmasını təmin edir. Sistem kitab, bölmə, sayt, jurnal, elmi məqalə və qəzetlər üzrə axtarış edərək çalışır.
Yaxın 15 gün ərzində bütün istifadəçilər üçün aktivləşdiriləcək yenilik nəticəsində istənilən mətnin sonuna rahatlıqla istinad artırmaq mümkün olacaq.