Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

Tarix: 29 Sentyabr 2020 23:10

Bakı. Trend:

Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.

Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb - Gallery Image


Etiketlər:  Ölkəmizdəki xarici hərbi attaşelər beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ