Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 23:12
Son iki ildə Samsung çevik ekranlı cihazların istehsalı ilə məşhur olsa da, artıq şirkətin ciddi rəqibi yarana bilər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, BOE adlı Koreya istehsalçısı Samsung-la ciddi rəqabət şəraitində fəaliyyət göstərəcək.
Məlumata görə, smartfon ekranları istehsal edən BOE şirkəti 2024-cü ilə qədər OLED çevik ekran bazarının təxminən 40%-ni tutmaq niyyətindədir.
Brend təmsilçilərinin sözlərinə əsasən, hazırda bazarın 20.3%-i BOE-yə məxsusdur. Bu seqmentin ümumi bazar dəyəri isə 49.7 milyard ABŞ dollardır.
Qeyd edək ki, mütəxəssislər çevik ekran bazarında yaranacaq rəqabət mühitinin kifayət qədər maraqlı hadisələrlə yadda qalacağını düşünürlər.