Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daxili tənəffüsün pozğunluqları

Daxili tənəffüsün pozğunluqları

Tarix: 29 Sentyabr 2020 23:57

Oksigenin ağciyərlərdən toxumalara daşınması, onun kapillyarlardan hüceyrələrə diffuziyası, hüceyrələrdə sərf edilməsi və toxumalarda əmələ gələn karbon qazının ağciyərlərə daşınması daxili tənəffüs adlanır.
Oksigenin ağciyərlərdən toxumalara nəql edilməsinin pozulmasına aşağıdakı amillər səbəb ola bilir:
- anemiya
- ürək-damar çatışmazlığı
- oksihemoqlobinin dissosiasiyanın zəifləməsi.
Hüceyrələrin oksigeni mənimsəmək və oksidləşmə proseslərinə sərf etmək qabiliyyəti ekzogen və endogen amillərin təsiri ilə pozula bilər. Ekzogen amillərə aiddir:
- sianidlər
- narkotik maddələr
- bəzi bakteriya toksinləri.
Bunlar toxumaların oksidləşməinə mənfi təsir göstərir və bunun nəticəsində oksidləşmiş sitoxromun reduksiyası pozulur.
Oksigenin mənimsənilməsinin endogen amillərlə əlaqədar olan pozğunluqlarına daxili sekresiya vəzilərinin pozğunluqları səbəb olur.
Bəzi patoloji proseslər zamanı (bədxassəli şişlər, avitaminozıar, infeksion proseslər) ya bütün orqanizmdə, ya da ayrı-ayrı toxumalarda bioloji oksidləşmə prosesi pozulur. Bəzən toxuma tənəffüsü sinir sisteminin zədələnməsi nəticəsində də pozula bilir. Bu zaman neyrogen mənşəli trofik xoralar inkişaf edir.
Karbon qazı orqanizmin toxumalarından ağciyərlərə ya bikarbonatlar şəklində, ya da hemoqlabinlə birləşmiş şəklində daşınır.
Daxili tənəffüsün pozulmaları zamanı karbon qazı kapillyarlara çətinliklə daxil olur ki, bu da toxumalarda karbonnat turşusunun miqdarının artmasına və asidozun əmələ gəlməsinə səbəb olur.


Etiketlər:  Daxili tənəffüsün pozğunluqları


RƏYLƏR